Özbəkistandakı Azərbaycan diasporu dünya birliyinə müraciət edib

04.10.2020

Özbəkistandakı Azərbaycan diasporunun rəhbəri Mobil Məmmədovun imzası ilə yayılmış müraciətdə qeyd edilib ki, biz - Özbəkistanda yaşayan azərbaycanlılar Azərbaycan xalqı ilə birlikdə olduğumuzu və Azərbaycan dövlətinin siyasətini dəstəklədiyimizi bəyan edirik.

Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın mülki insanlarına və hərbçilərinə qarşı 27 sentyabr tarixində başladığı genişmiqyaslı təxribatları qınayır və bundan narahatlığımızı ifadə edirik.

Ermənistan 30 ilə yaxındır heç bir beynəlxalq hüquq və normalara əməl etməyərək Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayır. 1 milyondan çox azərbaycanlı öz doğma yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşayır.

Biz - Özbəkistanda yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin, PKK və digər terrorist qrupların köməyi ilə Azərbaycan ərazilərini işğal altında saxlamasını pisləyirik.

Müraciətdə dünya birliyi və beynəlxalq təşkilatlardan təcavüzkar siyasətin dayandırılması, Azərbaycan torpaqlarının dərhal işğaldan azad edilməsi və beynəlxalq qanun normalarına riayət etməsi üçün Ermənistana təzyiq göstərilməsi tələb edilir.