Florida ştatındakı soydaşlarımız dünya birliyindən ədalət tələb edir

04.10.2020

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan icması işğalçı Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı son hərbi təxribatlarını sərt şəkildə pisləyib.

Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin və dügər təşkilatların dünya ictimaiyyətinə ünvanlanan bəyanatında Ermənistanın beynəlxalq hüquq normalarına, bəşəri dəyərlərə məhəl qoymadığı, dünyanın gözü qarşısında Azərbaycanın əzəli torpaqlarını 30 ilə yaxındır işğalda saxladığı, milyona yaxın azərbaycanlının doğma yurdlarında yaşamaq hüququnu əlindən aldığı, bölgədə təhlükəli vəziyyət yaratdığı vurğulanıb.

Bəyanat müəllifləri dünya birliyini və beynəlxalq təşkilatları təcavüzkar siyasətini dayandırması, Azərbaycan torpaqlarını dərhal işğaldan azad etməsi və beynəlxalq qanun normalarına riayət etməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıblar.