Macarıstan mətbuatında erməni təcavüzündən bəhs edilib

03.10.2020

Macarıstanın “Daily News Hungary” portalında “Macarıstanda yaşayan Azərbaycan icması Azərbaycanla Ermənistan arasında müharibənin kəskinləşməsindən narahatdır” adlı yazı dərc olunub.

Azərbaycan-Macarıstan Gənclər Birliyinin fikirlərinin yer aldığı məqalədə qeyd edilir ki, Macarıstanda yaşayan Azərbaycan icması Ermənistanın 27 sentyabr 2020-ci il tarixində səhər saat 6-da bütün cəbhə boyu atəşkəsi pozması nəticəsində müharibənin kəskinləşməsindən narahatdır.

Məqalədə həmçinin 27 sentyabrda Ermənistanın törətdiyi hərbi təxribat haqqında məlumat verilib, təxribat nəticəsində Azərbaycanın mülki əhalisinin, həmçinin mülki obyektlərinin zərər görməsi faktı diqqətə çatdırılıb. Qeyd olunub ki, dinc əhalinin qəsdən hədəfə alınması 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Bu, Tovuzda 2020-ci ilin iyulunda baş verən hərbi təxribatın davamıdır.

Məqalədə münaqişə başlayandan bəri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan-Macarıstan Gənclər Birliyinin İdarə Heyətinin Macarıstan dövlətinə təşəkkürü də öz əksini tapıb.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://dailynewshungary.com/news_to_go/azerbaijani-community-living-in-hungary-is-worried-about-the-escalation-of-war-between-azerbaijan-and-armenia/