"Florida Keys" müsabiqəsinin qalibi Vətənə dəstəyini "Şuşam lay-lay" mahnısı ilə ifadə edib

03.10.2020

"Florida Keys" beynəlxalq musiqi müsabiqəsinin qalibi Əli Məmmədov Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun "Şuşam lay-lay" mahnısını ifa edib.

Bu barədə Floridanın "Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası"nın mədəniyyət işləri üzrə direktoru Pərvin Muradova məlumat verib. Qeyd edək ki, Pərvin xanım, həm də görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin şərəfinə keçirilən "Florida Keys" beynəlxalq musiqi müsabiqəsinin rəhbəridir.

Bu il keçirilən III "Florida Keys" müsabiqəsinin qalibi Əli Məmmədov olub.

Gənc soydaşımız Nyu-Yorkda yaşayır və Manhettan musiqi məktəbinin tələbəsidir.