Müxtəlif ölkələrdə yaşayan məşhur azərbaycanlılardan Vətənə dəstək paylaşımları

02.10.2020

2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi silahlı təxribat nəticəsində mülki əhaliyə, yaşayış və dövlət obyektlərinə xeyli sayda ziyan dəyib. Düşmənin təxribatı nəticəsində mülki əhali və hərbçilər arasında itkilər var. Ölənlərdən ikisi məktəbli uşaqlardır.

Azərbaycan ordusu əks hücum ilə düşmənin təxribatlarına layiqli cavab verməkdədir. Bütün bunlar xarici ölkələrdə yaşayan azərbaycanlılar tərəfindən də izlənilir və Azərbaycan torpaqlarının işğaldan azad olunması tələb edilir. Soydaşlarımız sosial media üzərindən Azərbaycan dövlətinə və ordusuna dəstək göstərir, informasiya mübarizəsində, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal iştirak edirlər.

Soydaşlarımız öz facebook səhifələrində aşağıdakı statusları paylaşaraq Azərbaycan dövlətinin və ordusunun yanında olduqlarını ifadə ediblər:

Amerikanın ən nüfuzlu iş adamlarından olan Amir Allahverdi “Əziz həmvətənlər, biz sizinləyik. Qarabağ Azərbaycandır!,”

Amerikada yaşayan məşhur həmyerlimiz, Ginnesin Rekordlar kitabına düşmüş Üzeyir Novruzov “...Azərbayca ərazisində müharibə gedir, anam da orada yaşayır. Azərbaycan və anama dua edirəm...”,

Türkiyə millisinin əslən azərbaycanlı atleti Ramil Quliyev “30 ildir torpaqlarımız işğal altındadır....Azərbaycan ordusuna qələbə arzu edirəm. Qarabağ Azərbaycandır!”,

Dövlət Himnimizin sözlərinin müəllifi Əhməd Cavadın nəvəsi, İsraildə yaşayan həmyerlimiz Yaqut Abdullayeva Erməni mənşəli jurnalistlər tərəfindən zəbt edilmiş dünya KİV-lərində məsələnin tarixinin saxtalaşdırılmasını ifşa etmək çox vacibdir. Dünya ictimaiyyətini daim aldatmaq indiyədək heç kəsə müyəssər olmayıb, yenə olmayacaq. Biz sizinləyik, əziz həmvətənlər! Qələbə səninlədir, Azərbaycan!,

Rusiyada yaşayan həmyerlimiz, məşhur bloger Hüseyn Həsənov “...Azərbaycan, mən səninləyəm”.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı Ermənistanın təxribatlarının davam etdiyi bir zamanda bütün soydaşlarımızı və haqq-ədalətin tərəfində olan hər kəsi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına dəstək verməyə, Azərbaycan dövlətinin yanında olmağa çağırır, bu işdə göstərdikləri mənəvi dəstəyə görə hər bir kəsə minnətdarlığımızı bildiririk.