Fransada fəaliyyət gösrərən Azərbaycanın Dostları Assosiasiyası ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və Fransa prezidentlərinin Qarabağla bağlı bəyanatına münasibət bildirib.
Assosiasiyanın prezidenti, parlamentin fəxri üzvü Jan Fransua Manselin imzası ilə yayılan bəyanatda bildirilir ki, həmsədrlər Qarabağda hərbi əməliyyatların "tam" dayandırılmasına çağırıblar və münaqişənin nizamlanmasına yardım göstərilməsi üçün diplomatik səylərin aktivləşdirilməsinə hazır olduqlarını bəyan ediblər.
Qeyd edilib ki, Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağda vəziyyətin ciddiliyini və 30 illik münaqişənin birdəfəlik "dondurulması"nın qeyri-mümkün olduğunu anlamaları üçün həddən atrıq vaxt tələb olunub.
Jan Fransua Mansel hesab edir ki:... münaqişənin ədalətli şəkildə nizamlanması üçün ilk növbədə Ermənistanın qeyri-qanuni olaraq Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini etiraf etməsi, dinc, yanaşı yaşamaq üçün vacib tədbirlərin qəbul olunmasına və həyata keçirilməsinə qədər həmin torpaqları azad etməsi lazımdır. Eyni zamanda, Rusiya Ermənistandan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməməlidir, Fransa erməni icmasından uzaq durmalıdır. Emmanuel Makron və Vladimir Putin ilk addımlarını atıblar. Biz bunu ümid kimi alqışlayırıq. Amma onlar unutmamalıdırlar ki, ya indi və ya heç zaman".