Sentyabrın 30-da Polşada yaşayan soydaşlarımız Varşavada səfərdə olan “Qarabağ” futbol komandasının üzvləri və baş məşqçisi Qurban Qurbanovla görüşüb. Görüş ölkəmizin Polşadakı səfirliyi və Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutub.
Polşadakı Azərbaycan səfirliyinin binasında keçirilən görüşdə Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli, diaspor nümayəndələri və bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər.
Xatırladaq ki,1 oktyabr 2020-ci il tarixində Varşavada Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” futbol klubu ilə Polşanın “Legiya” futbol klubu qarşılaşacaq. Mövcud pandemiya səbəbindən oyun azarkeşsiz keçiriləcək.
Qeyd edək ki, Varşavada yaşayan bəzi soydaşlarımız oyunu Azərbaycan Evində canlı izləyəcəklər.