Ermənistan silahlı biləşmələrinin 30 ilə yaxındır torpaqlarımızı işğal altında saxlaması, davamlı olaraq mülki və hərbi vətəndaşlara, obyektlərə qarşı təxribatlar törətməsi bütün dünyada yaşayan soydaşlarımızı ciddi narahat edir. Onlar müxtəlif paylaşımlar, çağırışlar etməklə, bəyanatlar verməklə dövlətimizin, ordumuzun yanında olduqlarını ifadə edirlər.
Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov da sosial şəbəkə hesabında paylaşdığı statusunda həmvətənlərimizə müraciət edib.
O müraciətində bildirib:
“Elə bir an gəlib çatdı ki, bütün azərbaycanlılar bir nəfər kimi sıx birləşməli və təcavüzkarların ələ keçirdikləri əzəli torpaqlarımızın işğaldan azad edilməsinə başlayan Azərbaycanın Ali Komandanını və ölkə ordusunu dəstəkləməlidir..”
Diasporla İş üzrə Dövlət Komitəsi olaraq Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı Ermənistanın təxribatlarının davam etdiyi bir zamanda bütün soydaşlarımızı və haqq-ədalətin tərəfində olan hər kəsi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına dəstək verməyə, Azərbaycan dövlətinin yanında olmağa çağırır, bu işdə göstərdikləri mənəvi dəstəyə görə hər bir kəsə minnətdarlığımızı bildiririk.