Türkiyəli məşhurlardan əsl qardaşlıq nümunəsi

29.09.2020

Türkiyənin məşhur sənətçiləri ötən gündən etibarən Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı Ermənistan silahlı qüvvələrinin təxribatları haqqında paylaşımlar etməklə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına dəstək verirlər.

Tanınmış incəsənət nümayəndələri paylaşımlarında hər zaman Azərbaycanın yanında olduqlarını və ölkəmizi dəstəklədiklərini bildiriblər. Paylaşım edənlər arasında aktyor Haluk Bilginer, Engin Altan Düzyatan, Oktay Kanarca, müğənnilər Demet Akalın, Seda Sayan, Serdar Ortaç, aparıcı Seren Serengil və başqaları olub.

Aktyor Oktay Kaynarca: “Türkiyə daim Azərbaycanın yanındadır”.

Aktrisa Tuvana Türkay: “Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

Müğənni Ebru Yaşar: “Biz bir millət, iki dövlətik. Azərbaycana edilən hücumları qınayıram. Qardaşlarımızın yanındayıq”.

Müğənni Mustafa Ceceli: “Vaxtı gəldi, Allah zəfər nəsib etsin”.

Müğənni Alişan: “Hər şey Vətən, Qarabağ, cəbhə, qələbə üçün”.

Aparıcı Seren Serengil: “Dostunuz dostumuz, düşməniniz düşmənimizdir. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Xarakterli dost belə olur. İki dövlət, tək millətik. Bizimlə kimsə dava etməsin, etməyə də cəhd etməsin”.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı Ermənistanın təxribatlarının davam etdiyi bir zamanda bütün soydaşlarımızı və haqq-ədalətin tərəfində olan hər kəsi həqiqətlərin dünya ictimaiy-yətinə çatdırılmasına dəstək verməyə, Azərbaycan dövlətinin yanında olmağa çağırır, bu işdə göstərdikləri mənəvi dəstəyə görə hər bir kəsə minnətdarlığımızı bildiririk.