Pentaqonda çalışan azərbaycanlı polkovnikdən Azərbaycana dəstək

28.09.2020

Bu günlərdə yaşadığı yerdən asılı olmayaraq bütün Azərbaycanlıların ürəyi Vətənlə döyünür. Pentaqonda, ABŞ Hərbi Dəniz Qüvvələri Nazirliyi Baş Qərargahı Planlar, Strateji, və Siyasət şöbəsi, NATO/Avropa bölmə müdiri - ABŞ Dəniz Qüvvələrində "Con" ləqəbi ilə tanınan - əslən azərbaycanlı komandir Nəimi Amiral Azərbaycan ordusuna dəstək verib. Azərbaycanlı komandir Azərbaycana dəstəklə bağlı öz feysbuk hesabında status yazıb: “ Ərazi bütövlüyünü təmin etmək Azərbaycanın və bütün dövlətlərin doğal haqqıdır. Təəssüf Azərbaycanın sülhsevər addımları bugünədək qarşılıqsız qalmışdır. Evlərindən, obalarından olmuş ailələrimizin tezliklə öz yurdlarına qayıda bilməsini səbirsizliklə gözləyirik. Xeyirli və uğurlu olsun!”.