Xarici ölkələrdə yaşayan azərbaycanlıların BƏYANATI

27.09.2020 [19:30]

Biz – xarici ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bu, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə mülki əhalinin və obyektlərin atəşə tutmasının qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud surətdə pozulmasıdır. Ümumilikdə isə 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı, eləcə də 2020-ci ilin iyulunda - bütün dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda törədilmiş Tovuz təxribatı Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə almasının bariz nümunələridır.

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi bir şəraitdə Ermənistan öz hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə zidd münasibətini və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatı dünyaya bir daha ermənilərin işğalçı olduğunu göstərdi. ABŞ Konqresi də Ermənistanı işğalçı ölkə kimi səciyyələndirdi. Bütün bunlardan sonra Ermənistan işğal etdiyi ərazilərdə Cenevrə Konvensiyasının tələblərinə və beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşdırmalar aparır, Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular işğal edilmiş ərazilərə cəmləşdirilir.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006-cı və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini və təxribatçı hərəkətlərini davam etdirməsi beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməlidir.

Biz dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət edərək regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün təsir göstərməyə çağırırıq.

AVROPA AZƏRBAYCANLILARI KOORDİNASİYA ŞURALARI
1. Almaniya Azərbaycanlıları Koordinasiya Şurası
2. Fransa Azərbaycanlıları Koordinasiya Şurası
3. İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası
4. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası
5. Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası
(Finlandiya, İsveç, Norveç, Danimarka)
6. İtaliya Azərbaycanlıları Koordinasiya Şurası (Malta)
7. İspaniya Azərbaycanlıları Koordinasiya Şurası
8. Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurası
(Latviya, Litva, Estoniya)
9. Polşa Azərbaycanlıları Koordinasiya Şurası
Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurası (Macarıstan, Monteneqro,
10. Yunanıstan, Rumıniya, Çexiya, Serbiya, Albaniya, Xorvatiya, Slovakiya)
11. Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyəti

AVSTRİYA
12. Avstriya Azərbaycanlıları Birliyi - Fərid Əzizov
13. “Azer Der” Cəmiyyəti - Yardım Günəş

İSRAİL
14. AZİZ - Lev Spivak
15. İsrail Azərbaycan Evi

GÜRCÜSTAN
16. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi
17. “Borçalı İrəli” İctimai Birliyi
18. M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi
19. Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli Gənclərin Mədəniyyət Mərkəzi
20. Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası
21. Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası

UKRAYNA
22. Ukrayna Azərbaycanlıları Radası

MOLDOVA
23. Moldova Azərbaycanlıları Konqresi

RUSİYA
24. Moskva Azərbaycanlıları İcması
25. Azərbaycan-Ural İctimai Təşkilatı
26. Azərbaycan Diasporunun Arxangelsk regional təşilatı
27. Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”
28. Rusiya Azərbaycanlıları Diaspor Təşkilatlarının Konfederasiyası
29. Perm azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti
30. Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti
31. “Dostluq” Azərbaycan Primorye ictimai təşkilatı
32. “Samara Vilayəti Azərbaycanlılarının Liqasi”

QAZAXISTAN
33. "Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyi
34. “Birlik” azərbaycanlı icması
35. “Namus” Azərbaycan Milli-Mədəniyyət Mərkəzi
36. "Ozan" Almatı şəhər Azərbaycanlıların Cəmiyyəti
37. “Turan” Azərbaycanlıları Konqresi Respublika İctimai Birliyi
38. “Novruz” Azərbaycan Etno-Mədəni Mədəniyyət Mərkəzi
39. “Ata Yurd-Nomad” Azərbaycan Etnomədəni Respublika İctimai Birliyi
40. “Türküstan vilayəti “Qarabağ” Azərbaycan Etnomədəni Birliyi”
41. "Heydər" Gənclər Birliyi
42. “Xəzər” Azərbaycan etnomədəni birliyi
43. Yeni Yol-"Novıy put" kəndində "Nəsimi" Azərbaycan Mədəniyyət Mərkəzi
44. “Heydər” Xeyriyyə Cəmiyyəti
45. “Azbirlik” Etno-mədəni Birliyi
46. “Dostluq” Azərbaycan Etno-Mədəni Birliyi
47. “Dostluq” Azərbaycan Mərkəzi İctimai birliyi
48. “Novruz” Azərbaycan Mədəniyyət Mərkəzi
49. Türküstan vilayəti Azərbaycan Mədəniyyət Mərkəzi
50. “Naxçıvan Azərbaycanlı etnomədəni mərkəzi” ictimai birliyi
51. “Birlik” Milli-Maarif Cəmiyyəti
52. Şərqi-Qazaxıstan vilayətinin “Azərbaycan etno-mədəni birlik” İctimai Birliyi
53. “Mehriban” Azərbaycan Mərkəzi etno-mədəni birliyi
54. “Arzu” Azərbaycan Etno-mədəni İctimai Birliyi
55. “Yasəmən” Azərbaycan Etno-Mədəni Mərkəzi

ÖZBƏKİSTAN
56. Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi

QIRĞIZISTAN
57. “Azəri” İctimai Birliyi

TÜRKİYƏ
58. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu
59. Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi (YAYDER)
60. İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD)
61. Azərbaycan Təhsil və Kültür Dərnəyi
62. Bursa Azərbaycan Kültür Dərnəyi
63. Eskişəhər Azərbaycanlılar Dərnəyi
64. Gənc Azərbaycanlılar Dərnəyi
65. Kocaeli Derince Azərbaycan Evi Dərnəyi
66. Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi
67. Qars Azərbaycan Evi Dərnəyi
68. Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF)
69. TADDEF-Ankara Azərbaycan Kültür və Həmrəylik Dərnəyi
70. “Can Azərbaycan” Media Şirkəti
71. Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi
72. İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi
73. Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER)
74. Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) Iğdır Azərbaycan Evi
75. Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi
76. Adana Azərbaycan İş və Məslək Sahibi Qadinlar Dərnəyi
77. Antalya Azərbaycan Evi Dərnəyi
78. Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi
79. İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyi (AKİDER)
80. İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi
81. İzmir Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi
82. “Çağdaş” Azərbaycan Kültür Dərnəyi
83. Edirne Azərbaycan Evi Dərnəyi
84. Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) Iğdır şöbəsi
85. İstanbul Azərbaycan Kültür Evi
86. Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası
87. Turgutlu Azərbaycan Kültür Dərnəyi
88. Ankara Azərbaycan Evi Dərnəyi
89. Amasya Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyi
90. Azərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma Mərkəzi
91. Azərbaycanlı Həkimlər Dərnəyi (AHD)
92. İstanbul-Azərbaycan Dostluq Dərnəyi
93. “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi
94. Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi
95. İstanbul-Azərbaycan Teleteatrı
96. Azərbaycan Mədəniyyət,Təhsil və Həmrəylik Dərnəyi
97. “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin rəhbəri
98. Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi (Hazarfem)
99. “Anka” Azərbaycan Rəqs və Sənət Klubu
100. İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi (İÜ Azrbaycan Kültür ve Dayanışma Topluluğu)
101. Araz Doğa Sporları ve Kültür Klubu Dərnəyi
102. Azərbaycan Turkiyə Ortaq Milli Düşüncə Dərnəyinin sədri
103. Trabzon Azərbaycan Təhsil, Kültür və Həmrəylik Klubu
104. Heydər Əliyev adına Azərbaycan məktəbi
105. Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin sədri,
106. Dərnəyin nəzdində Hüseyn Cavid adına məktəbi
107. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəb
108. Balıkesir Azərbaycan Evi Dərnəyi
109. Çanakkale Azərbaycan Evi Dərnəyi
110. Amasya Azərbaycan Kültür Dərnəyi
111. Amasya Azerbaycan Türkleri Kültür Sanat və Dayanişma Dərnəyi
112. Samsun Azərbaycan Kültür və Dayanışma Dərnəyi
113. “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi
114. Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyi (AGAH)
115. Azərbaycan Milli Rəqs və Kültür Dərnəyi
116. Mübariz Kültür Təhsil və Sosial Yardımlaşma Dərnəyi
117. Azərbaycan Gənclərinin İstanbul Hərəkatının (AGİH)
118. İstanbul Universiteti Azərbaycan Türkiyə Qardaşlıq və Həmrəylik Topluluğu
119. Celal Bayar Üniversitesi Manisa Azerbaycanlı Öğrenciler Topluluğu
120. Bursa Uludağ Üniversiteti Azərbaycan İncəsənət və Mədəniyyət Birliyi
121. Düzce Üniversitesi Türk Dünyası Topluluğu
122. ZONGULDAK Bülent Ecevit universiteti Azərbaycan Kültür Topluluğu
123. Azərbaycan Gənlik Təşkilatının (Bardin)
124. Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi - AGİH
125. Konya Azərbaycanlı Tələbələr Birliyi
126. Sakarya Universiteti Azərbaycan-Türkiyə Qardaşlıq Birliyi
127. Manisa Azərbaycanlı Tələbələr Birliyi
128. Kocaeli Azərbaycanlı Tələbələr Birliyi
129. Qars Azərbaycan Qafqaz Kültürləri və Həmrəylik Dərnəyi
130. Kayseri Azərbaycanlı Tələbələr Birliyi
131. Burdur Mehmet Akif Ersoy üniversitesi Azərbaycanlı Tələbələr Topluluğu
132. Muğla Universiteti Azərbaycan Kültür və Həmrəylik Cəmiyyəti
133. Kastomonu Azərbaycan Universiteti Azərbaycan Kültür və Həmrəylik Topluluğu
134. Konya Azərbaycanlı Tələbələr Birliyi
135. Erzurum Azərbaycanlı Tələbələr Birliyi
136. Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi

AVSTRALİYA İTTIFAQI
137. Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi
138. Avstraliya-Azərbaycan Assosiasiyası

YENİ ZELLANDİYA
139. “Azəri”Azərbaycan Yeni Zelandiya Dostluq Cəmiyyəti

ƏRƏB ÖLKƏLƏRİ
140. Vətənpərvər-Misirdə Azərbaycanın Diaspor Təşkilatları Birliyi
141. Oman Sultanlığında yaşayan azərbaycanlılar
142. Əlcəzair Xalq Demokratik Respublikasında yaşayan azərbaycanlılar
143. Səudiyyə Ərəbistanı Krallığında yaşayan azərbaycanlılar
144. İordaniya Haşimilər Krallığında yaşayan azərbaycanlılar

ÇİN
145. Çin Xalq Respublikasında yaşayan azərbaycanlılar

TAİLAND
146. Tailand Krallığında yaşayan azərbaycanlılar

Niderland-Belçika
Avropa Azərbaycanlıları Konqresi

İspaniya
İspaniya Azərbaycanlıları Birliyi

İtaliya
Azərbaycan-İtaliya Birliyi
Neapol-Bakı Assosiasiyası

Latviya
"Azəri" gənclər təşkilatı

Yunanıstan
"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti

Finlandiya
Finlandiya Azərbaycanlıları Assosiasiyası