“Qarabağdan danışaq” TV layihəsinə start verilib

17.09.2020

Diasporla İş üzrə Dövlət Komitəsi “Qarabağdan danışaq” adlı yeni layihəyə başlayıb. Layihə çərçivəsində Qarabağın mülki əhalisinin xatirələrinin videolentə alınması nəzərdə tutulur. Layihənin ilk buraxılışı artıq Diaspor TV-də yayımlanıb və verilişdə hazırda Norveçdə yaşayan Xankəndi sakini Arzu Rzayeva doğulub-böyüdüyü Xankəndi şəhəri, Şuşada təhsil aldığı illər, Qarabağda yaşayan ermənilərin azərbaycanlılara münasibəti və s. haqqında danışıb.

Dövlət Komitəsi “Qarabağdan danışaq” verilişində xaricdə yaşayan azərbaycanlılarla bərabər, torpaqlarımızın işğalı nəticəsində doğma yurdlarında didərgin düşmüş soydaşlarımızın da xatirələrini lentə alaraq Qarabağın mülki əhalisinin başına gətirilənləri dünya ictimaiyyətinə çatdırmaq niyyətindədir.