1991-ci ildə erməni mühəndis-alimin müəllifliyi ilə çap edilmiş “Нагорный Карабах: Виновники трагедии известны" (“Dağlıq Qarabağ: faciənin günahkarları məlumdur”) kitabı Mücrü nəşriyyatı tərəfindən yenidən nəşr edilib.
Kitabda müəllif erməni mənbələri əsasında, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəblərindən, Sumqayıt hadisələrindən söz açır, ermənilərin dinc azərbaycanlıların başına gətirdikləri dəhşətləri açıq-aydın sənədlər, rəsmi faktlarla ətraflı şəkildə təsvir edir. Kitab həqiqətlərin təbliği, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılması, ermənilərin ikiüzlülük və riyakarlığının ifşası üçün dəyərli bir mənbədir. Kitab müxtəlif elektron ünvanlarda rus dilində geniş oxucu kütləsi üçün açıq təqdim olunur. Xaricdə yaşayan soydaşlarımızın, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri bilmək istəyən hər bir kəsin kitabla tanışlığı məqsədəuyğun olardı. Kitabla tam şəkildə bu linkdə tanış olmaq mümkündür: