Təbrik edirik!

12.08.2020

12 avqust 2020-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan ədəbi-mədəni irsinin qorunması və inkişafında xüsusi xidmətləri olan, millət vəkili Rafael Hüseynovun 65 yaşı tamam olur.

Hörmətli Rafael müəllim,

Sizi 65 illik yubileyiniz münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi adından təbrik edir, Sizə möhkəm can sağlığı, elmi və praktiki fəaliyyətinizdə uğurlar arzu edirik.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən elmi-mədəni siyasətin uğurla reallaşdırılmasında böyük xidmətləri olan ziyalı kimi Siz xaricdə yaşayan soydaşlarımız tərəfindən də sevilən yaradıcı şəxsiyyətsiniz.

Xalqımızın milli-mədəni irsinin yaşadılması və təbliği, Azərbaycan dilinin elmi-nəzəri inkişafı, bu istiqamətdə qanunvericilik bazasının formalaşması və təkmilləşdiril-məsində Sizin xüsusi xidmətləriniz vardır.

Hörmətli akademik,
Bir daha Sizi 65 illik yubileyiniz münasibətilə təbrik edir, Azərbaycan elminin və mədəniyyətinin inkişafı yolunda şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.