Artıq bir neçə gündür ki, Diasporla İş üzrə Dövlət Komitəsinin binasına giriş qapısında biodezinfeksiya keçidi quraşdırılıb. Məqsəd COVID-19 pandemiyasının davam etdiyi bir şəraitdə insanların sağlamlığını daha effektiv qorumaqdır. Binaya daxil olan hər kəs keçiddən keçərkən temperaturu müəyyən olunur və mikrodamçılar vasitəsilə ilə dezinfeksiya edilir.
Bu proses keçiddən keçən insanların öz üzərində virus daşıma ehtimalını minimuma endirir.
Mütəxəssislər bildirir ki, dezinfeksiya məhsulu sağlamlıq üçün zərərsizdir.
Qeyd edək ki, pandemiya başlayandan bu günə qədər Komitənin binası mütəmadi olaraq dezinfeksiya olunur, işə cəlb edilən əməkdaşlar maska taxılması, temperaturun ölçülməsi, sosial məsafənin saxlanılması və digər karantin qaydalarına ciddi əməl edirlər.