Azərbaycan diasporunun uğurlarının Ermənistan tərəfindən siyasi etirafı

30.07.2020

Ermənistanın Baş naziri Nikol Paşinyan Diasporla İş üzrə Komissarlığın Aparatındakı 10-dan çox məmurun işdən azad olunması ilə bağlı əmr imzalayıb.

Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan diasporuna göstərilən diqqət və qayğı, Birinci vitse-prezident tərəfindən xaricdə Azərbaycan evləri və Qarabağ adlı həftəsonu məktəblərinin açılması ilə bağlı göstərilən təşəbbüs və dəstək öz bəhrəsini verməkdədir. Prezident tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalın təsis edilməsi, Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması Azərbaycan diasporuna dövlət dəstəyinin, diaspor fəaliyyətinin stimullaşdırılmasının bariz nümunəsidir.

Azərbaycan diasporu mütəşəkkil şəkildə dünyada ermənilərin yalan və təxribatlarını ifşa edir, dünyaya həqiqətləri bəyan etmək üçün birlikdə fəaliyyət göstərir. Ermənistanda isə diaspor məsələlərinə cavabdeh qurumda yarıtmaz fəaliyyətə görə kütləvi “təmizlənmə” aparılır.

Məlumat üçün qeyd edək ki, Ermənistan Baş nazirinin qərarları ilə Avropadakı Erməni İcmaları İdarəsinin müdiri Karen Avanesyan, Qərbi Avropa İcmaları ilə əlaqələr şöbəsinin müdiri Natalya Danielyan, Cənubi Amerika və Avstraliyada icmalarla əlaqələr şöbəsinin müdiri Gohar Sahakyan, Diasporun Potensialının qeydiyyatı və alanitik informasiya idarəsinin müdiri Vaginak Vardanyan vəzifələrindən azad olunub.

Bundan əlavə, repatriasiya və tədqiqat şöbəsinin müdiri Qriqor Arşakyan, tədqiqatlar şöbəsinin müdiri Eliz Gevorgyan, bütün ermənilər, beynəlxalq və kilsə təşkilatları ilə əlaqələr şöbəsinin müdiri Knarik Petrosyan, ermənipərəst və beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri Anahit Davtyan, Yaxın və Orta Şərqdəki erməni icmaları ilə iş şöbəsinin müdiriLevon Antonyan da vəzifələrini itirib.

Dost Diasporlarla əlaqələr şöbəsinin müdiri Taron Şagoyan, Erməni Apostol Kilsəsi və digər kilsə quruluşları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Sirvard Hambaryan, eləcə də Rusiya, Belarus, Ukrayna və Moldovadakı icmalarla iş şöbəsinin müdiri Edqar Ovsepyan da azad olunanlar arasındadır.