Təbrik edirik!

21.07.2020

Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyevanın doğum günüdür.

Hörmətli Adilə xanım,

Sizi 70 illik yubileyiniz münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi adından səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.

Xalqımızın milli-mədəni irsinin təbliğində və Azərbaycan musiqi incilərinin dünyada tanıdılmasında Sizin xüsusi xidmətləriniz vardır.

Sizin Azərbaycan milli musiqisi və dünya klassik irsini uğurlu şəkildə təqdimatınız, təşkil etdiyiniz müsabiqələr və ustad dərsləri Azərbaycan və dünya musiqisinə dəyərli bir töhfədir.

Xatırladaq ki, Adilə Əliyeva Bakı şəhərində anadan olub. 25 ilə yaxındır ki, Fransanın Annamesse şəhərində yaşayır. O, 50-dən çox ölkənin konsert salonlarında çıxış edib. 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru kimi fəaliyyət göstərir, eyni zamanda pianinodan dərs deyir. 1996-cı ildən Fransada hər iki ildən bir “Pianoçuların Adilə Əliyeva adına beynəlxalq müsabiqəsi” keçirilir.

Bir daha Adilə xanımı doğum günü münasibətilə təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.