Dünya mediası Ermənistanın hərbi təxribatını pisləyən çoxsaylı yayımlar edir

20.07.2020

İşğalçı Ermənistanın ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində hərbi təxribatlar törətməsi, dünyanın aparıcı qərb dövlətləri ilə yanaşı, Yaponiya, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Malayziya, Pakistan, Qətər, Misir, İraq və digər ölkələrin kütləvi informasiya vasitələrində də geniş işıqlandırılmaqdadır.

Yaponiyanın NHK telekanalı, Kyodo və JIJIPRESS informasiya agentlikləri, İndoneziyanın “BBC Indonesia”, “Republika.co.id”, “Kompas.com”, “Rakyat Merdaka”, “Media Indonesia”, “Sindonews”, “Tribunnews.com”, “Wartaekonomi.co.id”, “Inews.id”, “Jurnas.com”, “Riau24.com”, Yeni Zelandiyanın “foreignaffers.co.nz" xəbər portalları, Avstraliyanın “İnternational Busines Times" nəşri, Malayziyanın "BERNAMA" dövlət informasiya agentliyi, Qətərin “Əl-Cəzirə”, “Əl-Şərq”, “Əl-Vətən”, “Luseyl” və “Əl-Raya” qəzetləri və Müsəlman Alimlərinin Beynəlxalq Birliyi (IUMS) təşkilatının rəsmi saytı Azərbaycanın yaşayış məntəqələrinin artilleriya atəşinə tutulması, qanlı toqquşmalar zamanı hərbçilərin və dinc sakinlərin həlak olması, Təhlükəsizlik Şurasının son iclasında Prezident İlham Əliyevin Azərbaycanın torpaqlarını Ermənistana güzəştə getməyəcəyini, düşmən hücumunun heç bir nəticə verməyəcəyini və sərhədlərimizin etibarlı şəkildə qorunacağını bəyan etməsi, Türkiyə və Pakistanın işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını kəskin pisləməsi barədə ətraflı məlumatlar dərc edib.

https://www.cairo24.com

https://islamabadpost.com.pk/armenia-bears-full-responsibility-for-provocative-actions-against-azerbaijan/

https://dnd.com.pk/armenian-provocations-aimed-at-aggravating-tension-in-the-region-azerbaijan/193458

https://dnd.com.pk/oic-condemns-armenian-attack-on-tovuz-district-of-azerbaijan/193598

https://dnd.com.pk/azerbaijan-armenia-conflict-injustice-and-peace-cannot-live-together/193666