Almaniya Azərbaycanlıları Alyansının (Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının) təşəbbüsü ilə Berlində Ermənistan səfirliyinin binası qarşısında möhtəşəm etiraz aksiyası keçirilib.
Torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda Prezident, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazır olan 500 nəfərə yaxın soydaşımızın, eləcə də dost xalqların nümayəndələrinin qatıldığı aksiyada “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları xorla səsləndirilir. Soydaşlarımız işğal altında olan Qarabağın unudulmadığını, işğal edilmiş torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda hər an canlarından keçməyə hazır olduqlarını bəyan ediblər.