İşğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində hərbi təxribat törətməsi barədə xəbər dünyanın kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.
Türkiyə, İsrail, Macarıstan, Almaniya, Fransa, Niderland, Litva, Monteneqro, Serbiya və digər ölkələrin müxtəlif media orqanlarında, xəbər portallarında dərc olunan məqalələrdə Ermənistanın atəşkəs rejimini kobudcasına pozaraq sərhədlərimizi və yaşayış məskənlərimizi artilleriya atəşinə məruz qoyması, hərbçilərin və dinc sakinlərin həlak olması və yaralanması, evlərin dağıdılması və s. məsələlər diqqətə çatdırılıb.
Həmvətənlərimiz təkcə məlumatların yayılması ilə deyil, ölkəmizdə baş verənlərlə bağlı informasiya agentliklərinə müsahibələr və açıqlamalar verərək, işğalçı ölkənin təcavüzkar əməllərinə dünya birliyinin diqqətini cəlb etməyə çalışırlar.
Türkiyənin "Anadolu" informasiya agentliyinə açıqlamasında Azərbaycan Nyu-York Assosiasiyasının prezidenti Ercan Yerdelenli bildirib ki, öz təcavüzkar münasibəti ilə qonşu dövlətlərin ərazisinə göz dikən ekspansionist siyasətini bir daha ortaya qoyan Ermənistana sərt sanksiyalar tətbiq olunmalıdır. "Biz təcavüzkar Ermənistan ordusunun Tovuz və Qazax bölgələrindən Azərbaycan ərazisinə qəsbkar hücumunu qəti şəkildə pisləyirik. Bu münasibət beynəlxalq birlik tərəfindən kəskin şəkildə pislənməli və lazımi təcili sanksiyalar tətbiq edilməlidir" - deyə soydaşımız vurğulayıb.
Parisdə fəaliyyət göstərən Fransada Azərbaycanın Dostları Assosiasiyası ölkə mətbuatına müraciət edərək, hadisələr barədə dürüst informasiyaların verilməsinin vacibliyinə diqqəti cəlb edib.
Azərbaycanın hər zaman beynəlxalq hüququn aliliyinə güvəndiyinin, amma hərbçilərinin və dinc sakinlərinin şəhid edilməsinə göz yuma bilməyəcəyinin qeyd edildiyi məqalələrdə bildirilir ki, ölkəmiz beynəlxalq hüququn normalarına hörmətlə riayət etməkdə davam edir. "...beynəlxalq hüququ və BMT-nin qətnamələrini kobud şəkildə pozaraq Azərbaycan ərazisinin 1/5 hissəsini hələ də işğal altında saxlamaqda davam edən Ermənistan hökuməti qanunun aliliyinə və ədalətə riayət etməyi öyrənənə qədər daha nə qədər günahsız insan qurban gedəcək?" - deyə sual verilir.
Xarici mətbuatda dərc olunan məlumatlarla aşağidakı linklər vasitəsilə daha ətraflı tanış ola bilərsiniz:
http://crnogorskiportal.me/sadrzaj/1232
https://www.badische-zeitung.de/tote-bei-gefechten-zwischen-armenien-und-aserbaidschan--188151840.html
https://slaptai.lt/armenijos-intrigos-ksso-organizacijoje/
https://slaptai.lt/antanas-rasimas-del-karinio-incidento-tovuzo-rajone/
https://www.lexpress.fr/actualite/deux-morts-dans-des-affrontements-a-la-frontiere-entre-l-armenie-et-l-azerbaidjan_2130658.html
https://www.sabah.com.tr/dunya/2020/07/12/azerbaycan-ermenistan-sinirinda-catisma-cikti
https://www.sabah.com.tr/dunya/2020/07/13/bakan-cavusoglundan-onemli-aciklamalar
https://dailynewshungary.com/armenian-artillery-shells-azerbaijani-positions-the-latter-responds-and-stops-the-armenian-advance/
https://alfahir.hu/2020/07/13/azerbajdzsan_ormenyorszag_katonak_konfliktus
https://masimovasif.net/kampfe-zwischen-armenien-und-aserbaidschan/
https://nex24.news/2020/07/gefechte-zwischen-ahttps://www.merkur.de/politik/tote-bei-gefechten-zwischen-armenien-und-aserbaidschan-zr-13832685.htmlrmenien-und-aserbaidschan-tote-und-verletzte/
https://www.nu.nl/buitenland/6064463/twaalf-doden-na-drie-dagen-grensgevechten-tussen-azerbeidzjan-en-armenie.html