Bir qrup azərbaycanlı gənc erməni silahlı qüvvələrinin ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində təxribat törətməsinə etiraz əlaməti olaraq Tbilisi şəhərində Ermənistan səfirliyinin binası qarşısında "səssiz" etiraz aksiyası keçirib.
Üzərində "Erməni terroruna son!", "Erməni təcavüzünə son!" və "Dağlıq Qarabağın işğalına son!" şüarları yazılmış köynəkdə olan aksiya iştirakçıları bir saat ərzində səfirliyin binasının qarşısında dayanıblar.
Azərbaycan şəhidlərinin əziz xatirəsini yad edən gənclər bu addımla Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçı siyasətə, mülki insanların və yaşayış binalarının artilleriya atəşinə tutulmasına öz etirazlarını bildiriblər.