Allah rəhmət eləsin!

19.06.2020

Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafında xüsusi rolu olan, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin sədri, Tbilisidəki "Varlıq" Mədəniyyət Mərkəzinin sədri, "Varlıq" həftəlik qəzetinin baş redaktoru Rafiq Hümmətə ağır itki üz verib.

Rafiq Hümmətin anası Pərixan Abbas qızı Hümmətova vəfat edib.

Rafiq Hümmət ədəbi-bədii yaradıcılıqla ötən əsrin 80-ci illərindən məşğul olur. Bir neçə kitabın, o cümlədən "Salam, dünyanın yiyəsi..." adlı şeirlər kitabının, "Ədəbi Gürcüstan" almanaxının müəllifidir. Yüzədək kitaba redaktorluq edən R.Hümmətin rəhbərliyi ilə "Koroğlu" eposu, "Min bir Azərbaycan bayatısı", "Hekayələr və nağıllar" toplusu Azərbaycan və gürcü dillərində ayrıca kitab halında nəşr olunub. Yazar çağdaş gürcü və rus poeziyasından bir çox nümunələri dilimizə çevirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Rafiq Hümmətə anasının vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!