Dünya azərbaycanlılarına!

14.06.2020

Əziz azərbaycanlılar, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi adından hər birinizi xalqımızın taleyində mühüm əhəmiyyət kəsb edən 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edir, sizlərə can sağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.

1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdaraq müstəqilliyini yenicə bərpa etmiş respublikamızı məhv olmaq təhlükəsindən qurtarması və xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur.

Vətənini, xalqını, dövlətini sevən hər bir azərbaycanlı üçün 15 iyun əsl qurtuluş tarixi və Azərbaycan xalqının ardıcıl mübarizəsinin məntiqi nəticəsidir.

Xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi adından hər birinizi səmimi qəlbdən təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq.

Bir daha Milli Qurtuluş Gününüz mübarək!