Banqladeş mətbuatında Azərbaycan dövlətinin COVID-19 pandemiyasına qarşı uğurlu mübarizəsindən bəhs edən məqalə dərc olunub.
“Banqlanews24.com” portalının jurnalisti Marzia Hashmi Momo qeyd edib ki, dünyanın bütün ölkələri kimi Azərbaycan dövləti də öz əhalisinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə yeni növ koronavirus pandemiyası ilə mübarizə aparır. Lakin Qafqazın bu ölkəsi mübarizənin çox səmərəli üsülunu seçib. Nəticədə, digər dövlətlərlə müqayisədə Azərbaycanda koronavirusdan ölüm halları aşağı səviyyədədir və emidemioloji durum nəzarət altındadır.
Ölkəmizin gördüyü tədbirlərin sadalandığı məqalədə Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevanın 575 yerlik tibb müəssisəsi olan “Yeni Klinika”nın aşılışında iştirak ediklərinə diqqət cəb oıunub. Bu mərhələdə Azərbaycan dövlətinin maska və qoruyucu vasitələrin istehsal olunduğu zavodu işə saldığı, hökumətin tikintisini planlaşdırdığı 10 xəstəxanadan 4-nün iyun ayında açılacağı vurğulanıb.
Pandemiyanın səbəb olduğu sosial-iqtisadi çətinliklərə görə hökumətin 3 milyard manat məbləğində iqtisadi paketi həyata keçirdiyi, İlham Əliyevin və Mehriban Əliyevanın bir illik əməkhaqqı məbləğlərini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdikləri, Prezidentin ehtiyat fondundan buraya ilkin olaraq 20 milyon manat ayrıldığı nəzərə çatdırılıb.
Məqalədə Diasporla İş üzrə Dövlət Komitəsinin bu mərhələdəki fəaliyyətinə də diqqət cəlb edilib. Müəllif yazıb ki, Azərbaycan dövləti Vətənə dönmək istəyən vətəndaşlarının təxliyəsi üçün bütün müvafiq addımları atıb. Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan azərbaycanlılara təhsil, informasiya, maliyyə və təxlyə məsələlərində mümkün olan bütün vasitələrlə yardım etdiyi bildirilib.
27 ölkəni əhatə edən 11 Koordinasiya Şurasının və müxtəlif ölkələrdəki 11 Azərbaycan Evlərinin 24 saat çalışdığı bildirilib: “Xaricdə olan və koronavirusa görə ölkələrinə dönə bilməyən Azərbaycan vətəndaşlarına bütün zəruri dəstək göstərilib. Azərbaycan dövləti müntəzəm olaraq diplomatik nümayəndəliklər vasitəsilə xaricdə yaşayan vətəndaşları ilə ünsiyyət qurub”.
Pandemiya səbəbindən müvəqqəti çətinliklərlə üzləşmiş xaricdəki azərbaycanlılara dəstək məqsədilə müxtəlif aksiyalarının keçirildiyi, Azərbaycan diasporunun təşkilatçılığı ilə Türkiyə, Moskva və Rusiyadakı aztəminatlı azərbaycanlı ailələrə ərzaq, hüquqi, maliyyə və tibbi yardımları göstərildiyi, 47 ölkədən 5100 Azərbaycan vətəndaşının Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etdiyi, Dövlət Komitəsinin “qaynar xətti”nin hər gün 24 saat ərzində bütün müraciətləri qəbul etdiyi və müvafiq dövlət qurumlarına yönəltdiyi vurğulanıb.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
https://www.banglanews24.com/english/open-forum/article/84074/Azerbaijans-Successful-Combat-with-COVID-19