27 may 2020-ci il tarixdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr edilmiş simpozium (onlayn) təşkil olunacaq.
“28 May 1918: Şərqin ilk cümhuriyyəti Can Azərbaycan və geosiyasi əhəmiyyəti” adlı simpozium TADİV sədri, Giresun Universitetinin sabiq rektoru, professor Aygün Attarın moderatorluğu ilə keçiriləcək. Virtual tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Milli Məclisinin sədr müavini, millət vəkili Adil Əliyev, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatları - Sinan Oğan və İsmail Safi iştirak edəcəklər.
Simpozium Diaspor TV və facebook üzərindən canlı yayımlanacaq.