Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda qondarma rejimin “prezident seçkisi” keçirməsinə qəti etiraz edir. Bununla əlaqədar xaricdə yaşayan azərbaycanlılar və Azərbaycanın diaspor təşkilatları - Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Kocaeli Derince Azerbaycan Evi Derneyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Moskvanın Azərbaycanlı İcması, Orenburq Azərbaycanlıları Milli Konqresi, Samara Vilayəti Azərbaycanlılar Liqası, “Dostluq” Primorye azərbaycanlılarının ictimai təşkilatı, İspaniya Azərbaycanlıları Birliyi, Ukrayna Azərbaycanlıları Radası, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Moldova Azərbaycanlıları Konqresi, Avropa Azərbaycanlıları Konqresi, İtaliya Azərbaycanlıları Birliyi, Almaniya Azərbaycanlıları Alyansı, Fransada yaşayan Azərbaycanlıların Koordinasiya Şurası, Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurası, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası və digər ölkələrdə fəaliyyət göstərən Koordinasiya Şuraları, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi, Amerikada, Türkiyədə, Rusiyada, İspaniyada, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə yaşayan soydaşlarımız etirazlara başlayıb. Təşkilatlar və diaspor fəalları xarici ölkələrin rəsmi qurumlarına, nüfuzlu beynəlxalq təşkilatların mərkəzi ofislərinə bəyanatlar, məktublar göndərərək etirazlarını bildirir və beynəlxaq ictimaiyyəti hüquqa zidd olan bu prosesə müdaxilə etməyə çağırır.
Türkiyə, Rusiya, Amerika, Şərqi Avropa və Skandinaviya ölkələri, Gürcüstan, Almaniya, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər ölkələrin mətbuatında, eləcə də bu ölkələrin yerli dillərində sosial şəbəkələrdə yayımlanmış müraciətlərdə qeyd edilir ki, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma quruma, dünyada pandemiya tüğyan etdiyi bir vaxtda,“prezident seçkiləri”nin keçirilməsi və daha sonra mayın 21-də Şuşada andiçmə mərasiminin planlaşdırılması beynəlxalq hüquqa, bölgədə sülhə və sabitliyə qarşı təhdid, Azərbaycana qarşı təxribatdır.
Qarabağ Azərbaycandır! Artıq bir sıra dövlətlər və beynəlxalq təşkilatlar bu “seçki” şousunu pisləyərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, qondarma Dağlıq Qarabağ Respublikasını və buradakı “seçkiləri” tanımadığını bəyan edib. Dünyanın bir çox dövlətləri, o cümlədən Avropa İttifaqı, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA kimi beynəlxalq təşkilatlar, nüfuzlu KİV-lər, eləcə də görkəmli şəxsiyyətlər bu “seçkiləri” məqsədli təxribat, Qafqazda sülhə, sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdid kimi dəyərləndirərək, bu qondarma “seçkilərin” və onların nəticələrinin qanunsuz olduğunu bəyan etdilər. Yalnız Ermənistan rəhbərliyi, qondarma rejimlər və erməni lobbisi tərəfindən dəstək görən, heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmayan işğalçı rejim və onun burada təşkil etdiyi qondarma “seçkilər” beynəlxalq hüquqa ziddir.
Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlara böyük zərbə olan bu addım, qarşı tərəfin əsil niyyətini üzə çıxararaq məsələnin həllində maraqlı olmadığını bir daha göstərmiş olur. Qanunsuz parlament tərəfindən saxta seçkilərin keçirilməsi Ermənistanın sülh danışıqlarında beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərdiyini sübut edir. Bu səbəbdən dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq və sanksiyalar tətbiq etməklə onu beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa məcbur etməlidir.
Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərində saxta prezident seçkisinin keçirilməsi və andiçmə mərasiminin təşkili yolverilməzdir. Biz azərbaycanlılar bunu işğal olunmuş Azərbaycan torpaqlarında, başda Xocalı faciəsi olmaqla dinc insanların qatili olan separatçı rejimin və işğalçı Ermənistanın cinayətkar fəaliyyətlərinin davamı kimi qiymətləndirərək, bu təxribatçı, eləcə də cinayətkar əməlləri kəskin şəkildə pisləyirik.
Soydaşlarımız və diaspor təşkilatları tərəfindən yayımlanmış müraciətlərdə beynəlxalq ictimaiyyətdən separatçı rejimin saxta prezidentinin andiçmə mərasiminin qarşısının alınması və Ermənistanın bu cinayətkar əmələ dəstəyinin dayandırılması üçün məsələyə təcili müdaxilə edilməsi xahiş olunur.
Müraciətlə bağlı sosial şəbəkədə yüzlərlə statuslar paylaşılıb, etirazlar bildirilib və proses davam edir. Müraciətlə daha ətraflı şəkildə bu linklərdə tanış olmaq mümkündür:
1. http://www.goldenbridgenews.com/qirgizistan-az%c9%99rbaycanlilari-uzd%c9%99niraq-qarabag-respublikasinda-erm%c9%99nil%c9%99rin-kecirdiyi-seckil%c9%99ri-q%c9%99tiyy%c9%99tl%c9%99-pisl%c9%99yir/
2. https://azru.org/azerbajdzhantsy-rossii-vystupili-s-obrashheniem-s-tselyu-nedopushheniya-inauguratsii-prezidenta-nkr/
3. http://www.turkelpress.com/?p=22068
4. http://www.vatanpress.com/?p=19819
5. http://www.ahiskapress.com/?p=17200
6. https://lb.ua/news/2020/05/21/458041_rada_azerbaydzhantsev_ukraini.html
7. https://www.turkiyegazetesi.com.tr/dunya/705650.aspx
8. https://ankaraekspresi.com/haber-karabag-daki-gayrimesru-baskanlik-secimine-tepki-2988
9. https://www.karar.com/ermenistandan-yeni-provokasyon-sozde-devletin-cumhurbaskanina-yemin-toreni-1564611
10. http://www.trthaber.com/haber/dunya/ermenistan-isgalindeki-daglik-karabagda-yapilan-secimlere-tepki-486420.html
11. http://www.kocaelibakis.com/m/gundem/volkan-aydemir-itiraz-ediyoruz-h5453.html
12. http://mobil.karsmedyasi.com/haber/kars-azerbaycan-evi-dernegi-itiraz-ediyoruz/8247/
13. http://www.haberkuzey.com/m-haber-17593.html
14. http://www.kuzeyinsesi.com/m-haber-7101.html
15. https://asasmedya.info/news/politics/16385-isgalci-ermenistanin-karabagdaki-sahte-oyunlarina-dur-diyoruz
16. https://www.turquie-news.com/declaration-du-conseil-de-coordination-des
17. https://www.turquie-news.com/declaration-du-conseil-de-coordination-des
18. https://www.newjsag.hu/2020/05/06/felhivas-hegyi-karabah/?fbclid=IwAR3rONYYlf8W0MLDPz46aKf5V7qvVE1cAnfq0WX8CGyE4qYtZpST9JUMSvI
19. https://www.elwathiqa.com/571