Rusiya regionlarındakı diaspor təşkilatları rəhbərlərinin videomüzakirəsi keçirilib

19.05.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü əsasında Rusiyanın müxtəlif regionlarında fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri ilə növbəti videokonfrans təşkil edilib.

Virtual tədbirdə Tümen vilayətinin "Odlar Yurdu" ictimai təşkilatının sədri Füzuli Burcuyev, Sverdlovsk vilayətinin Serov şəhərindəki "Azərbaycan" ictimai təşkilatının sədri Mirhəbib Ağalarov, Tuva Respublikasından Azərbaycan diaspor təşkilatının sədri Veysəl Əkbərov, Tomsk şəhərindəki Azərbaycan diaspor təşkilatının sədri Ələkbər Rəhimov, "Dostluq" Primorsk Azərbaycanlılarının ictimai təşkilatının sədri Ramiz Zeynalov, Primorye diyarından "Azərbaycan konqresi" ictimai təşkilatının sədri Mərdan Novruzov, Amur vilayətinin "Araz" ictimai təşkilatının sədri Tofiq Niftəliyev, Novosibirsk vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rasim Babayev və Dövlət Komitəsinin məsul əməkdaşları Ruslan Quliyev, Tural Səfərov, Zaur Ramazanov iştirak ediblər.

Yeni növ koronavirus pandemiyası ilə əlaqədar karantin dönəmində sözügedən regionlarda diaspor təşkilatlarının fəaliyyəti geniş müzakirə olunub. Bu yaşayış ərazilərində azərbaycanlılar arasında yoluxmanın olmadığı, müvəqqəti çətinliklərlə üzləşən soydaşlarımıza, eləcə də yerli sakinlərə ərzaq və maddi yardım göstərildiyi bildirilib.

Tədbirdə səslənən müxtəlif təklif və rəylər ətrafında fikir mübadiləsi aparılıb. Bu cür videokonfrasların davamlı olaraq keçirilməsi məqbul sayılıb.