Azərbaycan Texniki Universitetinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə "Metamateriallar: nəzəriyyə və optoelektronikadakı tətbiqlər” mövzusunda videokonfrans təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” çərçivəsində baş tutan konfransda Bilkənd Universitetinin professoru və aparıcı elmi işçisi, Azərbaycanın Əməkdar elm xadimi Əmirulla Məmmədov (Emirulla Mehmetov) məruzə ilə çıxış edib.
O, metamaterialların yaranması, təsnifatı və onlara aid olan ehtimallar barədə ətraflı məlumat verib.
Videokonfrans https://www.facebook.com/braingainprogram ünvanı üzərindən canlı yayımlanıb.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 2019-cu ildən etibarən həyata keçirilən “Beyin qazanma proqramı”nın məqsədi xaricdə yaşayan azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbələrlə bölüşməsi üçün Azərbaycan universitetlərində mühazirələrin, görüşlərin təşkil edilməsi və soydaşlarımızın təhsil ocaqları ilə əlaqələrinin yaradılmasından ibarətdir.