Dövlət Komitəsinin sədri azərbaycanlı alimi təbrik edib

09.05.2020

Rusiyanın elmi ictimaiyyətinin tanınmış üzvü, Moskva Dövlət Politexnik Universitetinin professoru, texnika elmləri doktoru Vyaçeclav Qədir oğlu Musayevin 70 yaşı tamam olub.

Bu münasibətlə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov həmvətənimizi təbrik edib.

Yubilyara təbrik məktubunda deyilir:

"Hörmətli, Vyaçeslav Qədiroviç!

70 illik yubileyiniz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin. Siz özünəməxsus mühüm elmi nailiyyətləri olan dünya şöhrətli alimsiniz. Təsadüfi deyil ki, dərsliklərdə Nyuton metodu ilə yanaşı "yerdəyişmələrdə Musayevin say metodu" da tanınır.

Sevimli işinizə vicdanlı, məsuliyyətli münasibətiniz yüksək iş qabiliyyətinizlə yanaşı, şəxsi keyfiyyətləriniz və prinsipiallığınız Sizə layiqli hörmət qazandırıb.

Zəngin həyat təcrübəniz, nailiyyətləriniz, fəal həyat mövqeyiniz gənclər üçün örnəkdir.

Sizə ən cəsarətli planlarınızın həyata keçirilməsində uğurlar, möhkəm cansağlığı, ailə xöşbəxtliyi, nikbinlik və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram!".