Özbəkistanın Sırdərya vilayətindəki Sardoba su anbarında baş verən qəzadan zərərçəkənlərə humanitar yardım kampaniyasına Azərbaycan diasporu da qoşulub.
Zərərçəkənlərə yardım göndərən Özbəkistan Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsində təmsil olunan milli mədəniyyət mərkəzləri arasında Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) də var.
RAMMM-nin sədri Firdovsi Hüseynov bildirib ki: .....Özbəkistanda yaşayan həmvətənlərimiz bu xeyriyyə aksiyasından kənarda qala bilməzdilər. İmkanlı soydaşlarımızın təşəbbüsü ilə Azərbaycan diasporu fəlakətdən zərər çəkən adamlara öz kömək əlini uzadıb. Daşkənddəki azərbaycanlılar adından fəlakət zonasına ərzaq malları, gigiyenik vasitələr, dəftərxana ləvazimatları göndərilib”.
Xatırladaq ki, mayın 1-də güclü yağış və külək nəticəsində Sardoba su anbarındakı bəndin bir hissəsi dağılıb, yaşayış məntəqələrinə və kənd təsərrüfatı sahələrinə böyük zərər dəyib, 60 nəfər xəstəxanaya yerləşdirilib.