Diaspor könüllülərinin “Vikipediya” təlimləri onlayn şəkildə davam etdirilir

06.05.2020

COVİD-19 pandemiyası səbəbindən bir sıra təlimlər, konfranslar, görüşlər virtual formada keçirilir. “Azərbaycan Diaspor Könüllüləri” proqramı üzrə təlimlər də online şəkildə davam etdirilir. Bu təlimlər çərçivəsində Diaspor Könüllüləri AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən təşkil edilən onlayn “Vikipediya” təlimlərinə cəlb ediliblər.

Online təlimdə iştirak üçün könüllülərdən ibarət 7 qrup formalaşdırılıb. Ümumilikdə isə paytaxtda və regionlarda yaşayan 28 diaspor könüllüsü “Vikipediya” təlimlərinə qatılıblar.
Təlimdə iştirakçılara Vikipediyanın yaranma tarixi, formalaşma mərhələləri, əhəmiyyəti və istifadə qaydaları haqqında məlumat verilib. Bundan başqa, təlimdə Vikimediya Fonduna daxil olan Vikikitab, Vikixəbər, Vikilüğət, Vikiversitet, Vikisitat, Meta-Viki və s. kimi digər layihələr barədə də təqdimat edilib.

Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki: Onlayın təlimlər davam edir və təlimlərdə tam iştirak etmiş könüllülərə sertifikatlar təqdim ediləcək.