28 aprel 2020-ci ildə Gürcüstanın Bolnisi rayonunun Qoçulu kəndində anadan olmuş soydaşımız, tanınmış şair-jurnalist Dünyamalı Kərəmin 100 yaşı tamam olub. Müxtəlif dövrlərdə Azərbaycanda yayımlanan "Kommunist", Gürcüstanda yayımlanan "Yeni fikir", "Sovet kəndi", "Sovet Gürcüstanı" və digər mətbu orqanlarda məsul vəzifələrdə çalışan D.Kərəm sanballı publisistik yazıları və poetik yaradıcılığı ilə yanaşı, həm də düzgünlüyü, ədalətli mövqeyi ilə də insanların rəğbətini qazanıb. Bir neçə şeir kitabının müəllifi olan Dünyamalı Kərəm hazırda da doğulub boya-başa çatdığı kənddə yaşayır.
O, məhsuldar bədii yaradıcılığına və peşə fəaliyyətinə görə 1979-cu ildə Gürcüstan SSR-nin “Əməkdar jurnalisti” fəxri adına və 2000-ci ildə Gürcüstanın "Şərəf" ordeninə layiq görülüb. İki dəfə Ali sovetin Fəxri Fərmanı ilə təltif olunmuş D.Kərəm zəngin və mənalı ömür yolunun növbəti yüz ilinə qədəm qoyub.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi olaraq soydaşımızı 100 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və yeni yubileylər qeyd etməyi arzulayırıq.