Belarus Respublikasından vətənə qayıda bilməyən 22 nəfər Azərbaycan vətəndaşı aprelin 6-dan Diasporla İş üzrə Dövlət Komitəsinin maddi yardımı ilə otellərə yerləşdirilib, onların normal yaşayışı tam təmin edilib.
Minsk şəhərində olan soydaşlarımız oteldə qalma müddətinin başa çatması ilə əlaqədar ikinci dəfə Dövlət Komitəsinə müraciət ediblər. Dövlət Komitəsi onların oteldə qalma müddətinin uzadılmasına kömək edib və aprelin 30-a qədər bütün xərcləri ödəməyi öz üzərinə götürüb.
Hazırda Minsk şəhərində olan və oradakı 22 vətəndaşımızın vəziyyətilə bağlı məlumat verən Elman Xankişiyev bildirib ki:...”Bu çətin məqamda dövlətimizdən həm maddi, həm də mənəvi dayaq gördük. Diasporla İş üzrə Dövlət Komitəsi bizi qalacaq yerlə təmin edib və bütün ehtiyaclarımız ödənilib. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, 22 nəfərin əksəriyyəti Azərbaycana qayıtmaq məqsədilə müxtəlif ölkələrdən Minskə gələn soydaşlarımızdır.