Amerika mətbuatında xalqımızın multikultural dəyərləri haqqında yazı dərc edilib

23.04.2020

ABŞ-dakı "Bukharian times" qəzetində "Azərbaycan multikulturalizmi və dini tolerantlığı" adlı məqalə yayımlanıb. Azərbaycan-Amerika Qadın Cəmiyyətinin sədri Minəvvər Vahabovanın köməyilə işıq üzü görmüş məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi ictimai birliyinin sədri Fuad Hüseynzadənin müəllifliyi ilə nəşr olunub.

Məqalədə qeyd edilir ki, dünyanın bir yerdə yaşamaq nümunəsi gənc müstəqil Azərbaycan Respublikasıdır. Bu ölkədə 150 metr məsafədə məscid, kilsə və sinaqoqların yerləşməsi müxtəlif dinlərə və inanclara heç bir ayrıseçkiliyin olunmadığını göstərir. Bir neçə il əvvəl Qubada avropalılar, hətta Avropa Şurasının prezidenti 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini görəndə heyrətlənmişlər.

Yəhudilərin Azərbaycanda yaşama tarixinə ekskurs edən məqalədə vurğulanır ki: Sevindirici haldır ki, xarici ölkələrdəki bir çox yəhudilər beynəlxalq aləmdə Azərbaycanı uğurla tanıdır və təbliğ edirlər. Onların bu fəaliyyəti diasporumuza əlavə bir güc verib. Hətta Azərbaycandan gedən əksər yəhudilər özlərini bizim diasporun üzvləri hesab edirlər.

Məqalədə Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin mehriban yaşadığı bildirilir.Qeyd olunur ki:”...Azərbaycanda çox güclü dini tolerantlıq var....Tarixən bir çox millətlərin nümayəndələri Azərbaycan ərazisində yaşayıblar. Həmçinin erməni xalqı da bu ərazilərə gəldikdən sonra Azərbaycan xalqı ilə birgə yaşayıblar”.

Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq mümkündür: http://bukhariantimes.org/pdf/bt-949_BukharianTimes_opt.pdf.