“Azərbaycan Diaspor Könüllüləri” Proqramının iştirakçıları ilə videokonfrans keçirilib. Konfransda karantin dövrü və karantindən sonrakı planlar müzakirə edilib.
Gənclər COVİD-19 pandemiyası zamanı evdə olduqlarını və mütaliə etdiklərini bildiriblər. O cümlədən, gənclər gələcək layihələr haqqında planlar hazırladıqlarını da qeyd ediblər. Müzakirələr çərçivəsində gənclər tərəfindən bir sıra maraqlı təklif və layihələr irəli sürülüb.
Müzakirələrdə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov, Bakıda və müxtəlif regionlarda yaşayan 21 diaspor könüllüsü iştirak edib.
Konfransın yekununda gənclər belə müzakirələrin əhəmiyyətini qeyd edərək, növbəti video müzakirənin xaricdə yaşayan azərbaycanlı gənclər ilə təşkil olunmasını təklif ediblər.