İsveç-Azərbaycan birliyi xeyriyyə aksiyası təşkil edib

22.04.2020

COVİD-19 pandemiyası ilə əlaqədar bütün dünyada fəaliyyət göstərən azərbaycanlılar, diaspor təşkilatları həmrəylik göstərir və müxtəlif xeyriyyə aksiyaları təşkil edirlər.

Növbəti belə bir aksiya İsveç-Azərbaycan birliyi (SAF) tərəfindən təşkil edilib. İsveç Krallığının Stokholm şəhərində yaşayan azərbaycanlılar aztəminatlı ailələrə və yaşlı insanlara dəstək üçün xeyriyyə kampaniyasına başlayıb.

Təşkilat vasitəsi ilə Azərbaycanın regionlarında karantin dövründə sosial təcrid şəraitində yaşayan 50-dən çox ailəyə ərzaq yardımı edilib və digər köməkliklər göstərilib. Hal-hazırda da davam edən aksiya çərçivəsində fiziki qüsurlu insanlar əlil arabası ilə təmin edilib və hər ailəyə 100 manat məbləğində maddi dəstək göstərilib.

Qeyd edək ki, idarə heyətinin üzvləri Stokholmda da çətinliklə qarşılaşmış soydaşlarımıza müxtəlif istiqamətlərdə yardımlar edib.

SAF işçi qrupu aksiyanın karantin müddətində davam edəcəyini vurğulayaraq iştirak edən hər bir şəxsə öz təşəkkürünü bildirib.