Təbrik edirik!

16.04.2020

Bu gün Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün xanım Attarın doğum günüdür.

Hörmətli Aygün xanım,

Sizi doğum gününüz münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və rəhbərliyi adından təbrik edir, Sizə uzun ömür, can sağlığı, Azərbaycan diasporunun inkişafı istiqamətində fəaliyyətinizdə uğurlar arzulayırıq.

Soydaşlarımızın təşkilatlanmasında, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycan-Türkiyə dostluq əlaqələrinin inkişafında Sizin xüsusi xidmətləriniz var.

Ümid edirik ki, rəhbərlik etdiyiniz Fond diasporumuzun inkişafına, iki qardaş xalq arasında dostluğun daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.

Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir, elmi və praktiki fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirik.