"Dostluq" Azərbaycan İctimai Mərkəzi aztəminatlı ailələrə dəstək göstərib

21.04.2020

Rusiya Federasiyasının Udmurtiya Respublikasının İjevsk şəhərində yaşayan 40-dan çox aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.

COVİD-19 pandemiyasına qarşı mübarizə çərçivəsində gerçəkləşdirilən xeyriyyə aksiyasını Udmurtiyada fəaliyyət göstərən "Dostluq" Azərbaycan İctimai Mərkəzi təşkil edib. İctimai Mərkəzin sədri Zülfüqar Mirzəyev bildirib ki, idarə heyətinin üzvləri və ağsaqqalları ilə birlikdə təqaüdçüləri, çoxuşaqlı və aztəminatlı ailələri ziyarət ediblər. Zəruri ərzaq məhsullarından ibarət paketlər həmin ailələrə təqdim olunub.

Z.Mirzəyevin sözlərinə görə, İctimai Mərkəzin üzvləri tərəfindən karantin qaydaları şəraitində çətin duruma düşmüş insanlara təkcə maddi yardım deyil, həm də mənəvi dəstək göstərilir.