2020-ci ilin 19 aprel tarixində Azərbaycan Diaspor Gənclərinin (ADG) təşəbbüsü ilə virtual konfrans keçirilib. Konfransa dünyanın 14 ölkəsindən - Türkiyə, Kanada, Litva, Misir, Polşa, Rusiya, Gürcüstan, Estoniya, Almaniya, İsveçrə, İtaliya, Fransa, Yunanıstan və Azərbaycandan 18 nəfər iştirakçı qatılıb.
Diaspor gəncləri COVİD-19 pandemiyasının yaşadıqları ölkələrdə yaratdığı problemlərdən, xaricdə yaşayan azərbaycanlıların qarşılaşdıqları çətinliklərdən, Azərbaycan dövlətinin və diasporumuzun bu problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıb, eləcə də ümumi vəziyyəti müzakirə ediblər.
Video konfrans zamanı karantin dövrü və karantindən sonrakı dövr ərzində diaspor fəaliyyəti ətrafında geniş müzakirələr aparılıb.
Müzakirələrin əhəmiyyətini qeyd edən konfrans iştirakçıları gənclərin fərdi inkişafına, diaspor fəaliyyətlərinə fayda vermək üçün gələcəkdə də virtual təlim, konfrans və seminarların təşkilini qərara alıb.