Azərbaycanlılar Yessentukidə aztəminatlı ailələrə ərzaq yardımı edib

20.04.2020

Rusiya Federasiyasının Stavropol diyarının Yessentuki şəhərində yaşayan 27 aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.

COVİD-19 pandemiyasına qarşı mübarizə çərçivəsində "Yaxındakına kömək et" devizi ilə keçirilən xeyriyyə aksiyasını Yessentukidə fəaliyyət göstərən azərbaycanlı icmasının "Araz" təşkilatı gerçəkləşdirib. İcmanın sədri Fərhad Əhmədovun sözlərinə görə aztəminatlı ailələrin siyahısı Yessentuki şəhər administrasiyası vasitəsilə müəyyənləşdirilib.

Daha sonra isə un, düyü, makaron, yumurta, şəkər, çay, meyvə və digər zəruri ərzaq məhsullarından ibarət paketlər yerli sakinlərin birbaşa ünvanlarına çatdırılıb. F.Əhmədov yardımın təşkil olunmasında və çatdırılmasında əməyi olan icma rəhbərliyinə və gənclər qanadının üzvlərinə minnətdarlığını bildirib.