Macarıstanın newjsag.hu portalında “Fuad Muradov: hər bir rəhbərin ən dəyərli aktivi onun komandasıdır!” başlıqlı məqalə dərc olunub.
Jurnalist Seres İstvanın qələmə aldığı məqalədə macarlarla eyni kökə malik olan azərbaycanlılardan, dövlətlərimiz arasındakı yüksək münasibətlərdən, Azərbaycan diasporunun fəaliyyətindən, Macarıstandakı diasporumuzun fəallığından, eləcə də son dövrlər ölkəmizin böyük yüksəlişə nail olmasından bəhs edilib: “.... Azərbaycan son zamanlar böyük bir yüksəliş ölkəsi olaraq dünyaya səs salmağı bacarıb. Bu yüksəliş biz macarların da diqqətindən yayınmadı. İki dövlət arasında gözəl və isti münasibətlər hökm sürür. Azərbaycanlılar, daha dogrusu, Azərbaycan türkləri haqqında mütləq bilməliyik ki, onlar bizim kökü bir olan qohumlarımızdır. Türk dünyasinin Oğuz dili qrupuna aid olan türk dilində danışırlar. Dünyada 40 milyondan cox azərbaycanlı yaşayır. Azərbaycandan başqa həm də Əfqanıstanda, Gürcüstanda, İraqda, Rusiyada, Türkiyədə və Ukraynada çoxsaylı azərbaycanlılar yaşayır. Azərbaycanlıların indiki diasporu dünyanin, demək olar ki, hər bir tərəfində fəaliyyət göstərir. Macarıstanda da Azərbaycan diasporu cox fəaldır!”
Məqalədə qeyd edilir ki, Budapeştdə Azərbaycan Evinin açılması, 2020-ci il fevralın 22-də Almaniyanın Berlin şəhərində Ümumavropa Qarabağ mitinqinin keçirilməsi, Azərbaycan diasporunun sön zamanlar sürətli inkişafa nail olması, dünya arenasında öz sözünü deməyi bacaran qüvvəyə çevrilməsi Azərbaycanda idarəçiliyin çox müdrik əldə olmasının, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin və onun komandasının gərgin əməyinin nəticəsidir: “Dünya bilsin ki, Azərbaycanda idarəcilik cox müdrük əldədir”.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq olar:
https://www.newjsag.hu/2020/04/16/fuad-muradov-a-vezeto-legertekesebb-eszkoze-maga-a-csapata/