Arxangelskdəki aztəminatlı ailələrə yardım edilib

10.04.2020

COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində diaspor təşkilatlarının aztəminatlı ailələrə yardım kampaniyası davam edir.

Rusiyanın Arxangelsk vilayətində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri və iş adamları da bu kampaniyadan kənarda qalmayıblar. Onların arasında “Arxangelsk vilayətinin Azərbaycan diasporu” Təşkilatı və azərbaycanlı iş adamları da var.

Təşkilatın sədri Tərlan Qasımov məlumat verib ki, 10 aztəminatlı və çoxuşaqlı ailəni ərzaq yardımı ilə təmin ediblər, uşaqları meyvə sovqatı ilə sevindiriblər.

Diaspor rəhbərinin sözlərinə görə, yerli hakimiyyət nümayəndələri bildiriblər ki, vilayətin çoxuşaqlı və aztəminatlı ailələrinə yardım edən bütün ictimai təşkilatların, o cümlədən Azərbaycan diasporunun təşəbbüslərini dəstəkləməyə hazırdırlar.