"Vikipediya"da yeni bölmə: 31 mart soyqırımı ilə bağlı informasiyalar özbək dilində

01.04.2020

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Vikipediya" könüllüləri tərəfindən 1918-ci il martın 31-də ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə özbək dilində ətraflı məlumat hazırlanıb və "Vikipediya" elektron ensiklopediyasında yerləşdirilib.

Məlumatda Bakı, Şamaxı, Quba, Lənkəran, Naxçıvan, Göyçə, Zəngəzur və İrəvan qəzalarında azərbaycanlılara qarşı törədilmiş cinayətlər konkret faktlarla öz əksini tapıb, bölgədə həmin dönəmdə mövcud olan siyasi vəziyyət, hadisələrin cərəyanı təhlil olunub.

Qeyd edək ki, layihəyə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" Metodik Mərkəzi təlimlərlə dəstək verib. Artıq bir müddətdir ki, təlim çərçivəsində hər iki Mərkəzin könüllüləri arasında qarşılıqlı əməkdaşlıq davam edir. Sözügedən bölmə ilə aşağıdaki link vasitəsilə tanış olmaq mümkündür:

https://uz.wikipedia.org/wiki/Mart_genotsidi?fbclid=IwAR3xjpk6zMw7wY0eoCRc_4J28_cwRXF5uMnMXDtbE001EyVVfeyw3UUASBw