Martın 15-də axşam Budapeşt-Bakı təyyarə reysi koronavirus təhlükəsilə bağlı təxirə salınıb.
Macar-Azərbaycan Birgə Cəmiyyətinin sədri Ramiz Əmirlinin sözlərinə görə, bu hadisə nəticəsində Bakıya uçmağa hazırlaşan yüzdən çox sərnişin, o cümlədən soydaşlarımız hava limanında qalıblar. Bu barədə məlumat alan Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları və Azərbaycan Evinin nümayəndələri dərhal hava limanına yollanıblar. Məlum olub ki, 100 nəfərdən 30-u Budapeştə gələnlərdir, onlar hostellərə yerləşdiriliblər. Budapeştdə yaşayan və təhsil alan soydaşlarımız isə öz ünvanlarına dönməli olublar.
R.Əmirli qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin adından Macarıstandakı soydaşlarımıza müraciət edilib və telefon nömrələri elan olunub. Əgər kimsə hər hansı çətinliklə üzləşərsə, dərhal Azərbaycan Evinə müraciət edə bilər.