Dünyanın bir çox ölkələrində koronavirusun yayılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla mütəmadi əlaqə saxlayır, bütün vasitələrdən istifadə edərək onları məlumatlandırır və soydaşlarımızın müraciətləri operativ cavablandırılır. Pandemiya təhlükəsinin yaratdığı vəziyyətlə bağlı Dövlət Komitəsində yaradılan operativ qərargah 24 saat işləyir. Xaricdə yaşayan azərbaycanlılarla əlaqəni daha da möhkəmləndirmək məqsədilə yaradılmış www.diaspora.support və info@diaspora.support ünvanları aktivdir. İndiyə qədər Qərargaha 100-dən çox müraciət daxil olub və operativ şəkildə cavablandırılıb.
Xaricdə yaşayan hər bir azərbaycanlı, eyni zamanda onların ölkəmizdə olan yaxınları günün istənilən saatında Koordinasiya Şuraları, Azərbaycan evləri və Qarabağ məktəblərinə müraciət edərək lazımi məlumatları əldə edə və onları narahat edən məsələlərlə bağlı informasiya verə bilərlər.
Mövcud vəziyyətlə əlaqədar olaraq, soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə dünyanın müxtəlif ölkələrində olan Azərbaycanlıların Koordinasiya Şuraları, Azərbaycan evləri və Qarabağ adlı Azərbaycan məktəbləri 24 saat fəaliyyət göstərir.
Soydaşlarımız aşağıdakı linkə daxil olaraq əlaqə yarada bilərlər.