Macar-Turan Fondunun "kurultay.hu" rəsmi veb səhifəsində “Xocalı soyqırımı – səssiz faciə” (“A Hodzsali mészárlás - egy elhallgatott tragédia”) adlı məqalə dərc olunub.
Macarıstan Azərbaycan Gənclər Birliyinin təşəbbüsü ilə dərc olunan yazıda Xocalı qətliamı XX əsrin sonunda baş vermiş dəhşətli faciələrdən biri adlandırılıb: “26 fevral - Azərbaycanda matəm günüdür. Bu, Qarabağ uğrunda Ermənistan-Azərbaycan münaqişəsinin, müharibəsinin qaranlıq günləridir".
Beynəlxalq hüquq normalarına əsasən, Xocalı soyqırımının ağır cinayət hesab olunduğu vurğulanıb.
Məqaləni tam şəkildə bu linkdən oxumaq olar: http://kurultaj.hu/2020/02/a-hodzsali-meszarlas-egy-elhallgatott-tragedia/