Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində “Azərbaycan Diaspor Könüllüləri” silsilə tədbirlər təşkil edib. İlk olaraq Azərbaycan Diaspor Könüllüləri xarici deputatlara müraciət ünvanlayıb.
Bundan başqa Azərbaycan Diaspor Könüllüləri tərəfindən Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqlar haqqında video-çarx hazırlanıb. Video bu sözlərlə bitir: “Xocalı Soyqırımı zamanı ermənilər Azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla 63 uşağı qətlə yetiriblər. Bu uşaqlar qətlə yetirilməsə idi onlar böyüyəndə həkim, diplomat, müəllim və s. kimi dövlətimizə, xalqımıza xidmət edən gənclər olacaqdır. Budur, ermənilərin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərindən biri - Xocalı Soyqırımı!”.
Eyni zamanda, Azərbaycan Diaspor Könüllüləri Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə fevralın 26-da Bakı Konqres Mərkəzində keçirilən “Könlüm Xocalı” adlı tədbirdə də kütləvi şəkildə iştirak ediblər.