"European News Agency" saytında Almaniyanın Berlin şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilmiş Ümumavropa Qarabağ mitinqindən bəhs edilib.
Məqalənin müəllifi Karlo Marino qeyd edib ki, 30-dan çox ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə mitinq Brandenburq qapılarının yaxınlığındakı Paris meydanında baş tutub.
Xocalı hadisələri ilə bağlı ətraflı məlumat verən müəllif yazıb ki, mitinq iştirakçıları "Qarabağ Azərbaycandır!", Biz terrora YOX deyirik!", "Azərbaycan ədalət tələb edir!", "Mülki və günahsız insanları qətlə yetirənlərə ar olsun!", "Xocalıya biganə qalma!", "İşğalı durdur!" və sair şüarlar səsləndiriblər: "Onlar beynəlxalq ictimaiyyətdən 28 il öncə erməni işğalçıları tərəfindən törədilmiş Xocalı soyqırımına ədalətli hüquqi və siyasi qiymət verilməsini, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistana təzyiq göstərilməsini, münaqişə ilə bağlı qəbul olunmuş beynəlxalq sənədlərin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməsini tələb ediblər".
Məqaləni tam şəkildə bu linkdən oxuya bilərsiniz:
https://www.european-news-agency.de/politik/eu_wide_garabakh_rally_staged_in_berlin_-77472/