Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ərəb ölkələrinə səfər çərçivəsində Qətərdə bir sıra rəsmi görüşlər keçirib. Görüşlər xarici mediada geniş şəkildə işıqlandırılıb.
Dövlət Komitəsinin sədri Fuad Muradovun Qətərin inzibati inkişaf, məşğulluq və sosial məsələlər naziri Yusif bin Mohammad Əl-Osman Faxru ilə görüşüb. Azərbaycan Respublikası ilə Qətər dövləti arasında əməkdaşlıq, ikitərəfli münasibətlərin formalaşmasında dövlət başçılarının rolu, o cümlədən Qətərdə yaşayan azərbaycanlılarla bağlı məsələlərin müzakirə edildiyi görüş barədə Nazirliyin Twitter şəbəkəsindəki rəsmi hesabı məlumat yayıb.
(https://twitter.com/adlsaqa/status/1226807854537072640)
Nümayəndə heyətinin Qətərin parlament sədri Əhməd bin Abdullah bin Zeyd Əl-Mahmud ilə görüşü zamanı isə Azərbaycan Respublikası və Qətər dövləti arasında müxtəlif sahələr üzrə inkişaf edən əlaqələr, iki ölkənin qanunvericilik orqanlarının və parlamentlərarası dostluq qruplarının fəaliyyəti, eləcə də ümumi maraq doğuran münasibətlərdən söhbət açılıb. Qətər-Asiya Parlamentlərarası Dostluq Qrupunun sədri Rəşid bin Hamad Əl-Maadadinin və Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılovun da iştirak etdiyi görüş barədə parlamentin internet saytı məlumat yayıb (https://www.shura.qa/ar-QA/Pages/MediaCenter/News/10022020-1).
Dövlət Komitəsinin nümayəndə heyətinin parlamentin spikeri ilə görüşünü Qətərin bir sıra (http://m.oananews.org/news.php?id=556698, https://www.thepeninsulaqatar.com/article/11/02/2020/Shura-Council-Speaker-meets-Azerbaijan-official) informasiya agentlikləri də işıqlandırıb.
Səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Səid Əl-Müreyxi ilə də görüşüb. Görüş zamanı Azərbaycan-Qətər münasibətləri, həmçinin qarşılıqlı əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüş barədə Nazirliyin internet saytı və “Qatar Tribune” xəbər portalı məlumat yayıb (https://mofa.gov.qa/en/all-mofa-news/details/2020/02/10/minister-of-state-for-foreign-affairs-meets-chairman-of-the-state-committee-on-affairs-with-diaspora-of-the-republic-of-azerbaijan), (http://www.qatar-tribune.com/news-details/id/182878/muraikhi-meets-azerbaijan-official).