“Azərbaycan Diaspor Könüllüləri” dünyada yaşayan azərbaycanlı gəncləri "2 fevral Gəncləri Günü" münasibətilə təbrik edib

03.02.2020

2 Fevral Azərbaycan Gənclər Günü münasibətilə “Azərbaycan Diaspor Könüllüləri” bir sıra silsilə tədbirlər keçirib. Tədbirdən öncə Könüllülər Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra “Azərbaycan Diaspor Könüllüləri” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi "Xəmsə" İntellektual Bilik Yarışmasında özlərini sınayıblar, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi Gənclər festivalında və mədəni-kütləvi tədbirdə iştirak ediblər.

Eyni zamanda, “Azərbaycan Diaspor Könüllülər” proqramının məzun və iştirakçılarının görüşü keçirilib. Proqramın koordinatoru, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəxtiyar Rəhimov Könüllüləri 2 fevral – Gənclər günü münasibətilə Komitə rəhbərliyi adından təbrik edərək, ölkəmizdə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı qarşıda duran işlərdən danışıb. Tədbirdə çıxış edən könüllülər könüllülük fəaliyyətinin mahiyyətindən, onlara Dövlət Komitəsində yaradılan şəraitdən danışaraq, məmnunluqlarını ifadə ediblər. "Azərbaycan Diaspor Könüllüləri" "Vətən Uzaqda Deyil" adlı sosial aksiya çərçivəsində dünyada yaşayan azərbaycanlı gənclərə "2 fevral - Gənclər Günü" münasibətilə video təbriklər ünvanlayıblar. Hazırlanmış video təbriklər sosial şəbəkələrdə #Azərbaycan #diaspora #vətənuzaqdadeyil #Azerbaijan həştəqləri ilə paylaşılıb.

Daha sonra tədbir bədii hissədə davam etdirilib.